“Xiaomi” bu səfər ucuz smartfonu satışa çıxarır
19 Mart 2019 14:54 Dünya"Xiaomi" yeni "Redmi 7" smartfonunu satışa çıxarmağa hazırlaşır.
Olaylar.az bildirir ki, bu barədə Giz China portalında məlumat yer alıb.
Beləki, yeni qurğu 12+2 meqapiksellik ikili kamera, HD+ keyfiyyətli 6,26 düym diaqonallı və "Gorilla Glass 5" şüşə örtüklü ekranla təchiz olunub.
Smartfon müvafiq olaraq 2+16, 3+32 və 6+64 geqabaytlıq daimi və operativ yaddaşlı üç həcm variantı ilə satışa çıxarılacaq.
Qeyd edək ki, Çində "Redmi 7" smartfonlarının satışı martın 26-da başlayacaq və müxtəlif konfiqurasiyalarının qiyməti 104-149 dollar arasında dəyişəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31