Vahan Çaxalyan bandit qrupu ilə erməni separatçılığını yenidən Yerevandan başlayır, Cavaxetiyada davam etdirəcək
1 Mart 2019 12:03 DünyaMübarizƏhmədoğlu
politoloq
Gürcüstanın Cavaxetiyaregionunda erməni separatçılığına görə həbs olunmuş Vahan Çaxalyan hal-hazırda Ermənistanın paytaxtı Yerevanda "məskunlaşıb". V.Çaxalyanın gəlişi ilə Yerevanın kriminal həyatında bir sıra dəyişikliklərbaş verdi. Bir neçə tanınmış şəxs küçədə soyuldu. Cinayəti törədənlərin V.Çaxalyanın yerliləri, Cavaxetiyadan gəlmiş beynəlmiləl qrup olduğu bəlləndi. V.Çaxalyan özü də Yerevanda kimisə döyüb nə isə almaq istəyirdi. Cinayət işi başlanıb,amma təfərrüatı açıqlanmayıb.V.Çaxalyanın Yerevanda olmasının legitim əsası onun mitinq hazırlamasıdır. Guya Paşinyan hökumətiDağlıq Qarabağı Azərbaycana verir və V.Çaxalyan "Sasna srer"lə birlikdə "İradə"sibuna imkan verməyəcək. Bu məqsədlə də fevralın 26-da Yerevanda müəyyən qədər saya malik mitinq keçirdilər.Bütün dünya erməniliyibir araya yığılsalar da belə Dağlıq Qarabağı Azərbaycan özü alacaq. Vahan Çaxalyan və Jirayr Sefilyan kimi bir qrup adamın xəstə düşüncəsininAzərbaycana zərrə qədər təsiri yoxdur. V.Çaxalyanın Yerevana gəldikdənsonra ətrafında baş verənlər daha uzağa gedən təhlillər aparmağa şərait yaradır:"Sasna srer"in başçısı J.Sefilyan Ermənistanda Paşinyanı silahlı yolla devirməyəcəyini bəyan edir; Yerevanda silahlı kriminallıq inkişaf edir; Cavaxetiyadan gəlmiş andit qrupu fəaliyyət göstərir. Deməli, J.Sefilyan və V.Çaxalyan bir-birinitamamlayan qruplardır. V.Çaxalyanın Cavaxetiyadan gətirdiyi bandit qrup həm halınimitinqlərə cəlb edəcək, həm də müəyyən qədər pul qazanacaq. Mitinqindən əvvəlkiaxşam artıq Fransa vətəndaşı olan erməni xanımı Cavaxetiyadan gəlmiş qruptapança ilə hədələyərək bərbəzək və qızılını aldılar. 1988-ciildə erməni separatçılığı da quldurluq bünövrəsində başlanmışdı.Görünür, onların bu fəaliyyətitəkcə Yerevanla məhdudlaşmayacaq, çünki iştah diş altındadır. Getdikcə böyüyəcək.Bunların həm inqilabi, həm də kriminal bandit fəaliyyəti Gürcüstanın Cavaxetiya regionunu da əhatə edəcək.İri siyasi qüvvələrə ilişdikdən sonra isə artıq Cavaxetiyanın Ermənistana birləşdirilməsiməsələsi gündəliyə gətiriləcəkdir.