Maykl Ceksonun ailəsi HBO kanalından 100 milyon dollar tələb edir
22 Fevral 2019 16:49 DünyaDünyaca məşhur pop ulduz Maykl Ceksonun ailəsi HBO kanalını məhkəməyə verib.
Onlar sözügedən kanalın müğənni haqda çəkilən "Neverlendi tərk edərkən" filminə görə 100 milyon dollar tələb edir.
Belə ki, filmdə Ceksonun uşaqbazlığı ilə bağlı yeni ittihamlar yer alır.
Bildirilir ki, HBO sənətçinin şərəf və ləyaqətinə xələl gətirir.
Qeyd edək ki, iddiaya Los-Anceles Ali məhkəməsi baxacaq.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31