Politico” Aİ sammitinin miqrasiya danışıqlarındakı atmosferi “dəhşətli” adlandırıb-ÖZƏL

Avropa nəşri olan "Politico" müzakirələr zamanı atmosferin dəhşətli olduğunu qeyd edən diplomatlara istinadən bildirib ki, ötən həftə keçirilən sammitdə Aİ liderlərinin miqrasiya məsələləri üzrə danışıqları gərgin keçib. Olaylar.az xəbər verir ki, qəzetin məlumatına görə, Aİ sammiti çərçivəsində danışıqlar qızğın, kobud şəkildə aparılıb və Avropa Şurasının iclasına layiq deyil. İki diplomatın sözlərinə görə, saziş layihəsinin müzakirəsi zamanı Danimarkanın Baş naziri Mette Frederiksen və Çexiyanın Baş naziri Andrey Babiş "son dərəcə sərt dil"dən istifadə ediblər və miqrasiyanın məhdudlaşdırılması siyasətini "Qərb sivilizasiyasının müdafiəsi" ilə əlaqələndiriblər. Başqa bir diplomat müzakirənin emosional və siyasiləşdirildiyini vurğulayıb ki, bu da "müzakirəni seçicilərin real tələblərinə yaxınlaşdırmaq" üçün zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31