Pakistanda polis məntəqəsinə hücum zamanı iki nəfər ölüb
29 Yanvar 2019 18:04 DünyaPakistanın Bəlucistan vilayətinin Loralay şəhərində polis məntəqəsinə hücum nəticəsində azı 2 polis ölüb,19 nəfər yaralanıb.
Dörd silahlı şəxs məntəqəyə daxil olaraq atəş açıb. Bu bölgədə həmçinin partlayış səsi eşidilib. Hücum edənlərdən ikisi cavab atəşi ilə məhv edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, 4 nəfər ağır vəziyyətdədir.
Atışma zonası mühasirəyə alınıb, olay yerinə əlavə polis bölmələri cəlb olunub.
Hücum edənlərin motivləri və onların terror qruplarından hansınasa üzv olub-olmaması hələlik müəyyənləşdirilməyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31