Hərbi ekspert: "Paşinyanın orduya əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil"

Ermənistanın baş naziri Nikol Paşinyanın orduya 5 il ərzində 2,5 milyard dollar əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil, çünki o, dəfələrlə öz-özünü inkar edən açıqlamalar verib.

Bunu erməni hərbi ekspert Van Ambartsumyan deyib.

Onun fikrincə, bu vədə inanmaq həm də ona görə çətindir ki, ölkənin belə ciddi maliyyə ehtiyatları yoxdur:

"2,5 milyard dollar. Mən inanmıram ki, onlar bu məbləği tapsın. Hələ Paşinyan Müdafiə Nazirliyinin büdcəsini azaltmasa, məmnun olaram".

Bundan başqa, ekspert Rusiyanın Ermənistana 2,5 milyard dollar kredit ayıracağı ehtimalını istisna edib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31