ABŞ və Cənubi Koreya hərbçilərin saxlanması xərcinə dair razılığa gələ bilməyib
29 Yanvar 2019 16:30 DünyaCənubi Koreya ərazisində yerləşən ABŞ hərbçilərinin saxlanma xərclərinin bölgüsünə dair iki ölkə arasında aparılan danışıqlarda problem yaranıb.
Bu barədə RT məlumat yayıb.
Həmçinin "Bloomberg" Cənubi Koreya hökumətindəki mötəbər mənbəyə istinadən xəbər verir ki, belə bir vəziyyətin səbəbi bu yaxınlarda ABŞ PrezidentiDonald Trampın Cənubi Koreyanın sözügedən məsələyə çəkdiyi xərcləri hazırkı860 milyon dollardan 2 milyard dollaradək artırmaq tələbi və qarşı tərəfin bununla razılaşmamasıdır.
Qeyd edək ki, ABŞ hərbi birləşmələrinin Cənubi Koreya ərazisində saxlanmasına maliyyə ayrılmasına dair növbəti beşillik sazişin müddəti ötən il 31 dekabr tarixində başa çatıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31