Hücumu ilk biz edəcəyik – İran generalı

İran öz milli maraqlarının müdafiəsi üçün özünün müdafiə strategiyasını hücumla əvəzləyəcək.

Bunu İran Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib. Onun sözlərinə görə, İran təhlükə qarşısında sakit durmayacaq.

O, həmçinin Tehranın öz hegemoniyasını digər ölkələrə yaymağa və ərazi iddiaları səsləndirməyə cəhd etməyəcəyini bildirib:

"İran hansısa ölkəyə ilk hücum etmək niyyətində deyil. Bizim müdafiə strategiyamız müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli maraqlarımızın müdafiəsindən ibarətdir. Əgər Tehran əmin olsa və ya İrana hücum hazırlandığı barədə məlumat əldə etsə, o, hədəflərə önləyici zərbələr endiriləcək".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31