Ermənistanın Baş naziri Gürcüstana qeyri-rəsmi səfər edib
16 Yanvar 2019 01:17 DünyaErmənistanın Baş naziri Nikol PaşinyanGürcüstana qeyri-rəsmi səfər edib.
Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze N.Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib. M.Baxtadze N.Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.
Görüşdə hökumət başçıları iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri barədə müzakirə aparıblar və məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31