İnstaqram təsisçilərindən istefa xəbəri ilə bağlı açıqlama

"İnstagram" sosial şəbəkəsinin təsisçiləri Kevin Sistrom və Mayk Kriqer şirkətdən ayrılmaları xəbərini təsdiq ediblər.

Onlar 8 il "İnstagram"da fəaliyyətlərinə, 6 il "Facebook"la əməkdaşlıqlarına görə hər kəsə minnətdarlıqlarını bildiriblər.

Kevinlə Maykın birgə bəyanatında  istefa qərarları ilə bağlı deyilir:

"İndi biz yeni növbəti işlərə hazırıq. Biz "İnstagram"ı ona görə tərk etməyi planlaşdırırıq ki, öz maraqlarımızı və yaradıcılığımızı yenidən tədqiq edək".

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31