Poroşenko gəmiqayırma zavodunu satır

Ukrayna prezidenti Petro Poroşenko gəmiqayırma zavodunu satır.

Bu haqda prezidentin mətbuat katibi Svyatoslav Çeqolo məlumat verib. Onun sözlərinə görə, Antiinhisar komitəsinin razılığını aldıqdan sonra Poroşenko "Kuznya na Rıbalskom" zavodunu satmaq niyyətindədir. Zavodun saytında yerləşdirilən məlumata görə, Petro Poroşenkonin aktivlərini idarə edən "Prime Assets Capital" fondu artıq satış müqaviləsini bağlayıb. Alıcının adı açıqlanmasa da ukraynalı olduğu bildirilir.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31