Şimali Koreyanın Moskvadakı səfirliyinin binasında kazino tapılıb

Şimali Koreya Xalq Demokratik Respublikasının Moskvadakı səfirliyinin binasında yeraltı kazino aşkarlanıb.

Polis paytaxtda əməliyyat keçirərək 15 qeyri-qanuni oyun şəbəkəsini aşkar edib. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, gizli kazinolardan biri Şimali Koreya səfirliyinin Moskvadakı binasında tapılıb. Hadisə barədə diplomatik nümayəndəliyin və hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yoxdur.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31