ABŞ Suriya-İraq sərhədində yeni baza yaratdı

ABŞ İraq-Suriya sərhədindəki Əl Qaim bölgəsində hərbi baza yaradıb.

Bu barədə peşmərgə komandiri Xəlil Şivan danışıb.

"ABŞ bölgədə hərbi varlığını artırır. İraq ordusu sərhədi daha yaxşı qorumaq üçün Əl Qaim bölgəsinə yeni bir hərbi dəstə göndərdi"

Qeyd edək ki, İraq-Suriya sərhədində yerləşdiyi üçün böyük strateji əhəmiyət daşıyan Əl Qaim bölgəsi 2017-ci ildə İŞİD-dən azad edilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31