Ukrayna ordusunda böyük qalmaqal - 123456
26 Sentyabr 2018 16:47 DünyaUkrayna Silahlı Qüvvələrinin avtomatik idarəetmə sistemi olan "Dnipro"nun serverlərində uzun müddət "admin" və "123456" parollarından istifadə olunub.
Bunu ukraynalı jurnalist Aleksandr Dubinski üzə çıxarıb.
"Heç bir xüsusi biliklər olmadan Ukrayna ordusunun routerləri, ARM-ləri, serverəri, səs şlüzləri, printerləri, skanerləri və s.-ni asanlıqla idarə etmək olar. Yəni Ukrayna ordusunun məxfi informasiyalarını, hərbi sirlərini asanqlıqla əldə etmək olar. Bu isə potensial düşmənə bütün AİS şəbəkəsini skanlaşdıraraq onun sürətini hazırlamağa, ordunu idarə etməyə və ya yanlış əmrlər verməyə imkan yaradır", - jurnalist yazıb.
Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasına xəbər verilsə də, jurnalistin məktubu Xarici Kəşfiyyat Xidmətinə göndərilib. Orada isə cavab belə olub: "Bu məsələ bizlik deyil".
"Dnipro" avtomatik idarəetmə sistemi (AİS) Ukraynanın lokal informasiya sistemi olaraq "Hərbi internet" kimi tanınır.
Milli.Az