MDB ölkələrində terrorçuluqda ittiham olunan 9 mindən çox insan axtarışdadır
26 Sentyabr 2018 13:52 DünyaBu ilin sentyabr ayına olan məlumata görə, terrorçuluq və ekstremist təmayüllü cinayətlər törətdiklərinə görə MDB ölkələrinin 9 mindən çox vətəndaşı MDB dövlətlərarası axtarışdadır.
Bu barədə MDB Terrorçuluqla Mübarizə Mərkəzinin rəhbəri Andrey Novikov bildirib.
Onun sözlərinə görə, onlardan 5 minə yaxını muzdlular, yəni qanunsuz silahlı birləşmələrin və beynəlxalq terror təşkilatların heyətində üçüncü ölkə ərazisindəki döyüş əməliyyatlarında iştirak edən şəxslərdir.
A.Novikov həmçinin deyib ki, 2015-ci ildən etibarən MDB ölkələrinin maliyyə kəşfiyyat qurumları tərəfindən terrorçuluğun maliyyələşməsində əli olan 207 nəfər müəyyənləşdirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31