Xomeyninin nəvəsi təhsil üçün İraqı seçdi

Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni İraqın Nəcəf şəhərinə köçüb.

Bu barədə məlumatı "Xəbər Onlayn" saytı yayıb. Xomeyninin nəvəsi Qum yerinə İraqın Nəcəf şəhərində dini təhsil almağa üstünlük verdiyi üçün İranı tərk edib. Onun bir neçə il Nəcəfdə qalacağı vurğulanıb.

Qeyd edək ki, Nəcəf həm də şiələrin məşhur alimlərindən olan Əli Sistaninin qərargahı olaraq tanınır. Əli Xomeyni Sistaninin köməkçisi Cavad Şəhristaninin kürəkənidir.

Sistani İran hakimiyyəti ilə yaxın əlaqələrə sahib olsa da, tam müstəqil hərəkət edən biri kimi tanınır. İrandakı dini rejimin bir sıra tətbiqlərini qəbul etməyən Sistani şiələr arasında nüfuzlu şəxs sayılır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31