Rusiya: MDB-də 4 böyük təlim keçiriləcək

2018-ci ilin sonuna qədər MDB ərazisində 4 böyük təlim baş tutacaq.

Bunu Qırğızıstanda keçirilən "İssık Kul Antiterror 2018" təliminin bağlanış mərasimində çıxışı zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin rəhbəri general-leytenant Aleksandr Lapin deyib.

O, bu təlimlərin Qazaxıstanda, Tacikistanda və Rusiyada baş tutacağını bildirib.

Lapin bu təlimlərin Mərkəzi Asiyada qısa zaman ərzində birləşmiş qruplar yaratmağa hədəfləndiyini deyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31