Ərdoğan: "Silahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər"
26 Sentyabr 2018 13:37 DünyaSilahlı qruplaşmalar Suriyanın İdlib şəhərini tərk edirlər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı bildirib ki, Türkiyə və Rusiyanın İdlibdə vəziyyətin tənzimlənməsi üzrə saziş imzalaması regiondakı duruma müsbət təsir göstərib.
Ümumilikdə Suriya böhranının nizamlanmasına gəlincə, R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Bəşər Əsədin hakimiyyətdə qalmağının əleyhinədir:
"Yüz minlərlə insanın ölümünə səbəb olan birisi hakimiyyətə qala bilməz".
Prezident həmçinin deyib ki, məhz B.Əsədin günahı üzündən Türkiyə ərazisində artıq 3,5 milyon suriyalı qaçqın var.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31