Məşhur amerikalı aktyor Rusiyada qubernator olmaq istəyir
26 Sentyabr 2018 12:49 DünyaAmerikalı aktyor, kinoprodüser, döyüş ustası, Rusiya Xarici İşlər Nazirliyinin RF-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Primorsk diyarının qubernatoru olmaq istədiyini bəyan edib.
Vladivostokda jurnalistlərin müvafiq sualına cavab verən S.Siqal bildirib: "Məmnuniyyətlə. Mən Rusiya Prezidenti Vladimir Putinin maraqlarını təmsil edirəm".
2016-cı ildə Rusiya vətəndaşlığı alan aktyor ata tərəfdən ulu babalarının buradan olduğunu deyib:
"Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31