İran teraktı: Ər-Riyaddan Tehrana kəskin reaksiya

Səudiyyə Ərəbistanı İranın Əhvaz şəhərində baş verən terakla bağlı Tehranın Ər-Riyadı ittiham etməsinə sərt münasibət bildirib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi başqa ölkənin daxili işlərinə qarışmadığını, öz daxili işlərinə də müdaxilə edilməsinə qarşı olduğunu bəyan edib.

XİN-dən verilən məlumatda İranın başqa ölkələrin daxili işlərinə qarışdığı iddia edilib:

"İran rejiminə yeni bir yöntəm tapmağı, xalqının rifahı və rahatlığı üçün məsuliyyətli dövlət olmağı, beynəlxalq hüquq və normalara hörmət göstərməyi tövsiyə edirik".

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Silahlı hücum nəticəsində azı 29 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Rəsmi Tehran hücumun arxasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanının yer aldığını iddia edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31