Mərakeş hərbçiləri Aralıq dənizində miqrant gəmisinə atəş açıblar
26 Sentyabr 2018 12:10 DünyaMərakeşin Kral Dəniz Donanmasının (KDD) Aralıq dənizində keşik çəkən döyüş bölmələri çərşənbə axşamı qeyri-leqal miqrantların olduğu sürətlə üzən gəmiyə atəş açıblar.
Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı kommünikedə deyilir.
"KDD qüvvələri İspaniya vətəndaşının Mərakeş sularında idarə etdiyi sürətlə üzən gəmiyə atəş açmaq məcburiyyətində qalıblar", - deyə bəyanatda qeyd olunur.
DİN-in məlumatına görə, atəş gəminin xəbərdarlıq işarəsinə məhəl qoymamasından sonra açılıb.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli odlu silah yaraları alıb. Bəzi məlumatlara görə, 1 qadın miqrant ölüb. Yaralılar Mdik-Fnidek prefekturasının əyalət xəstəxanasına yerləşdiriliblər.
Bildirilir ki, saxlanılan gəmidə qeyri-leqal miqrantlar olub. Gəmini idarə edən İspaniya vətəndaşı saxlanılıb.
report