Pompeo: "ABŞ İranın Hörmüz boğazını bağlamasına imkan verməyəcək"

Birləşmiş Ştatlar İrana Hörmüz boğazını bağlamaq imkanı verməyəcək və hesab edir ki, Tehran bu su sahəsinə eksklüziv hüquqa iddia edə bilməz.

Bunu çərşənbə axşamı ABŞ-ın dövlət katibi Maykl Pompeo "Nüvə İranına qarşı cəmiyyət" Qeyri-Hökumət Təşkilatının konfransında çıxışı zamanı deyib.

"Bu gün İran gəmiləri beynəlxalq sularda beynəlxalq hüquq normalarını pozan əsaslarla [digər ölkələrin gəmilərini] sıxışdırırlar. Əgər İran rejimi hesab edirsə ki, Hörmüz boğazı büsbütün onlara məxsusdur, o zaman onlar son riallarını ABŞ-ın heç zaman buna yol verməyəcəyinə qoya bilərlər", - deyə o bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31