"Aİ ABŞ-ın siyasətinə baxmadan İranla iş qurmaq hüququna malikdir" - Moqerini

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-ın siyasi qərarlarına baxmadan, istənilən dövlət ilə, eləcə də İranla iş görmək və ticarət əlaqələri qurmaq hüququna malikdirlər.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Amerikanın CNN telekanalına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar öz siyasi qərarlarını suveren ölkələr və təşkilatlara zorla qəbul etdirə bilməz. Avropalıların kiminlə iş görmək və ticarət əlaqələri qurmaqla bağlı qanuni haqqı var və biz hazırda bunu da edirik", - deyə o, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara dair sualı cavablandırarkən bildirib.

Moqerini həmçinin xatırladıb ki, Aİ Rusiya, Çin və digər dövlətlərlə birgə Birləşmiş Ştatların Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan asılı olmayaraq İranla ticarətin davam etdirilməsi mümkünlüynünün təmin edilməsi üçün mexanizmlər hazırlayır.

Onun sözlərinə görə, belə mexanizmlərin texniki detalları hazırda razılaşdırılır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31