Venesuela prezidenti Trampla görüşmək istədiyini bildirib
26 Sentyabr 2018 11:58 DünyaVenesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.
O bunu dövlət televiziyasının efirində deyib.
"Düşünürəm ki, danışsaq bir-birimizi anlayacağıq. Allah etsin, günlərin birində təkbətək görüşümüz baş tutsun", - deyə o əlavə edib.
Venesuela prezidenti həmçinin Vaşinqtonu ABŞ ərazisindəki bütün Latın Amerikası və Karib miqrantlarını qanuniləşdirməyə çağırıb.
Öz növbəsində o, 8,3 mindən çox əcnəbiyə Venesuela vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31