Donald Trampın çıxışı BMT Baş Assambleyasında gülüşə səbəb olub - VİDEO
26 Sentyabr 2018 11:49 DünyaABŞ Prezidenti Donald Trampın çıxışı BMT Baş Assambleyasının iclas zalında gülüş doğurub.
D.Tramp Ağ evdə işə başlayarkən ABŞ-da vəziyyətin necə olduğundan danışıb və bildirib ki, iki il ərzində əvvəlki prezidentlərdən daha çox iş görüb. Bu zaman zalda gülüş səsləri eşidilib.
"Belə reaksiya gözləmirdim, amma bu, normaldır", - deyən ABŞ Prezidenti uğurları haqqında danışmağa davam edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31