Türkmənistan sakinləri yanvarın 1-dən pulsuz su, elektrik və qazdan məhrum olacaqlar
26 Sentyabr 2018 11:38 DünyaTürkmənistan Hökuməti 2019-ci il yanvarın 1-dən ölkə sakinlərinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsini dayandırır.
Bu qərar dünən Aşqabadda Xalq Məsləhətinin (Xalq Şurası - ölkənin ali hökumət orqanı) birinci iclasında qəbul edilib.
Eyni zamanda Xalq Şurası 2019-ci il yanvarın 1-dən Türkmənistan əhalisini elektrik enerjisi, qaz, içməli su, xörək duzu ilə ödənişli əsaslarla, güzəştli qiymətlərlə təmin edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Türkmənistan əhalisinə təbii qaz, su və elektrik enerjisi 1992-ci ildən pulsuz verilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31