Ərdoğanın bu ifadəsi trendə çevrildi - Foto
26 Sentyabr 2018 00:31 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT iclasında işlətdiyi: "Dünya 5-dən böyükdür" ifadəsi dünya üzrə tvitter trendləri sırasındadır.
120-dən çox ölkə rəhbərinin iştirak etdiyi görüşdə Rəcəb Tayyib Ərdoğanın dediyi bu ifadə tvitterdə ingiliscə "WorldsIsBiggerThan5" şəklində işlədilərək dünya üzrə trendə çevrilib.
Onu da qeyd edək ki, Ərdoğanın bu ifadəsi Türkiyə üzrə də tvitter trendləri siyasında ilk sıradadır.

modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31