ABŞ prezidenti OPEC ölkələrini neftin qiymətini qaldırmaqda ittiham edib

ABŞ prezidenti Donald Tramp OPEC ölkələrini neftin qiymətini qaldırdıqlarına görə tənqid edib.

O, BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin bu yolla digər dövlətləri talan etdiklərini bildirib.

"Bunu da heç kim bəyənə bilməz. Bu dövlətlərin bir çoxunu biz müdafiə edirik. Onlar isə bundan istifadə edərək nefti bizim üçün çox yüksək qiymətə satırlar", - D.Tramp çıxışında deyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31