Ərdoğan 7 il sonra Almaniyaya gedəcək
25 Sentyabr 2018 21:24 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 illik fasilədən sonra Almaniyaya səfər edəcək.
Ərdoğan səfər zamanı Almaniya prezidenti Frank Volter Ateynmeyer və kansler Angela Merkellə görüşəcək. Görüşlər zamanı iki ölkə arasındakı siyasi, iqtisadi, müdafiə, mədəniyyət, sosial münasibətlər və Almaniyada yaşayan türklərə aid mövzular, Suriya məsələsi, terrorizm, miqrant problemi və s. müzakirə olunacaq.
Qeyd edək ki, Almaniya və Türkiyə münasibətləri son 3 ildə gərgin idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31