İsrail Suriyadakı İran hərbçilərinə qarşı əməliyyatları davam etdirəcək
25 Sentyabr 2018 22:23 Dünyaİsrail hökuməti orduya rusiyalı həmkarlarla koordinasiyanı qorumaqla Suriyada İran qüvvələrinə qarşı əməliyyatları davam etdirmək əmri verib.
Bu barədə İsrail Nazirlər Kabinetinin iclasının yekununda verilən bəyanatda deyilir.
Kabinet Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus "İl-20" təyyarəsinin Latakiya bölgəsində vurulmasından sonra Rusiya ilə münasibətlərin mürəkkəbləşməsi ilə bağlı vəziyyəti müzakirə edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31