İrəvan dəyişikliyə başladı: onlar vəzifədən uzaqlaşdırıldı
25 Sentyabr 2018 18:49 DünyaErmənistanın diplomatik korpusunda dəyişikliklərə start verilib.
Ermənistan Prezidenti Armen Sərkisyan ilkin olaraq iki diplomatın fəaliyyət yerini dəyişdirib. Belə ki, ilk dəyişiklik Ermənistanın BƏƏ-dəki səfirliyində olub. İrəvanın buradakı səfiri Geqam Qəribcanyan İrəvana çağırılıb. Küveytdəki səfir Manvel Badayanı isə Sarmen Baqdasaryan əvəzləyib.
Qeyd edək ki, bundan öncə "Qraparak" qəzeti Ermənistan Xarici İşlər Nazirliyində total dəyişikliyin olacağı haqqında məlumat yaymışdı. Dəyişikliyin bütün diplomatik korpusa aid ediləcəyi bildirilmişdi. Qəzet xüsusilə Ermənistanın Vatikandakı səfiri Mikayıl Minasyanın (Serj Sərkisyanın kürəkəni) geri çağırılacağını vurğulamışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31