Ərdəbildə 20 milyon illik tarix üzə çıxdı

İranın Ərdəbil vilayətində 20 milyon illik fil dişi tapılıb.

Ərdəbilin Kövsər şəhərindəki dəmir yolu çəkilişləri zamanı "Mastodon" növ fil dişi qalıqları aşkar edilib.

2 hissədən ibarət qalıqların hər biri 1 metr uzunluğundadır. Qayaya yapışan fil dişləri 3 günlük fəaliyyətdən sonra çıxarılıb. Sümüklər Təbii Tarix Muzeyinə aparılıb. Bölgədə son iki il ərzində aparılan qazıntılar zamanı zürafə, inək və at növlərinə aid diş, çənə və ayaq sümükləri tapılıb.

"Mastodon" filləri 40 milyon il əvvəl Şimali Afrikada yaşayıblar. Zaman keçdikcə Asiya, Avropa və Şimali Afrikanın digər regionlarına yayılıblar.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31