Rusiyadan rəsmi bəyanat: Gürcülər “təcrübə dovşanı” kimi…

Pentaqon gürcü vətəndaşlarından "təcrübə dovşanları" kimi istifadə edir.

Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat yayıb:

"Pentaqon bioloji materiallar əsasında Gürcüstanda insanları eksperimentdən keçirirlər".

Rusiya XİN rəsmisi Vladimir Yermakov mətbuata açıqlamasında artıq ABŞ tərəfinə məsələ ilə bağlı etiraz ünvanladığını bildirib: "Biz öz sərhədlərimizdə mənşəyi bilinməyən bioloji eksperimentlərə icazə verə bilmərik".

Vladimir Yermakov həmçinin əlavə edib ki, bu cür ərazilərə hətta Gürcüstandan olan səlahiyyətli şəxslərin girişinə də icazə verilmir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31