İranda mina partlayıb, ölən və yaralananlar var

İranın İraqla sərhədində yerləşən Kürdüstan əyalətinin Dərəvaran kəndində minanın partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Bunu İran Qızıl Ay Cəmiyyətinin Kürdüstan əyaləti üzrə nümayəndəsi Məhəmmədbağır Məhəmmədi bildirib.

Məlumata görə, mina 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı basdırılıbmiş. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31