11 yaşlı oğlan milyonları heyrətləndirdi
18 Sentyabr 2018 15:57 DünyaFen Syaosyaonun 11 yaşı var və o, Tayvanın paytaxtı Taybeydə yaşayır.
Balaca Fey Havay arxipelaqının sakinlərinin ənənəvi musiqi aləti olan ukulele adlı gitarada usta ifaçı sayıla bilər.
O, Taybeydəki parklardan birində məşhur havaylı müğənni Meyson Uilyamsın 1968-ci ildə hitə çevrilmiş "Clasical Gas" mahnısını ifa edib.
İfanın videosu sosial şəbəkələrdə yayılandan sonra Feyin bacarığına milyonlarla insan tamaşa edib.
Oğlanın anası Ma Syaosyaonun dediyinə görə, Feyin ən böyük arzusu dünya səyahətinə çıxmaq, Londondakı "Kovent-Qarden" teatrında çıxış etməkdir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31