İsrailin Moskvadakı səfiri Rusiya təyyarəsinin vurulmasına görə XİN-ə dəvət olunub
18 Sentyabr 2018 15:03 DünyaSuriyanın Latakiya şəhəri yaxınlığında Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı İsrailin Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin Latakiyaya zərbə endirərkən Rusiya təyyarəsini sipər kimi istifadə edib Suriya hava müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirmişdi. Hadisə nəticəsində 15 nəfər Rusiya hərbçisi həlak olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31