Türkiyədə yeni partiya yaradılır – Dəmirəl ruhu
18 Sentyabr 2018 14:58 DünyaTürkiyədə yeni bir siyasi partiyanın yaradılması ilə bağlı hazırlıqlar başladılıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, yeni siyasi partiyanın yaradılması üçün Ədalət Partiyası və Doğru Yol Partiyasının keçmiş millət vəkilləri, nazirləri, partiya rəhbərləri 20 oktyabrda Adana şəhərində toplanacaq. Bu siyasətçilər hazırda "Dəmirəl ruhu"nu yaşadacaq partiya yaratmaq hazırlıqları aparır. Mövcud partiyalarda təmsil olunmaq istəməyən mərkəz sağçılar yenidən Süleyman Dəmirəlin ideyaları ətrafında birləşməyi planlaşdırır.
Qeyd edək ki, Süleyman Dəmirəl Ədalət Partiyası və Doğru Yol Partiyasının liderliyini edib. DYP rəhbəri olduğu zaman Türkiyə prezidenti seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31