Rusiya bu ölkədən donuz əti idxalını məhdudlaşdırdı
18 Sentyabr 2018 14:49 DünyaRusiya Polşanın Podkarpatye əyalətindən donuz əti idxalını müvəqqəti məhdudlaşdırıb.
Bu addım bölgədə donuzların Afrika taunu ilə əlaqədar vəziyyətin pisləşməsi ilə əlaqədar atılıb.
Qeyd olunur ki, məhdudiyyət diri donuza və donuz ətinə, eləcə də digər məhsullara şamil olunur.
Polşanın Podkarpatye əyalətində donuzlarda Afrika taunu sentyabrın 6-ı qeydə alınıb.
İdxal məhduyyətinin müddəti barədə açıqlama verilməyib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31