Avropa İttifaqı Makedoniyada keçiriləcək referendumu xarici təsirlərdən qorumağa çağırıb

Sentyabrın 30-da Makedoniyada ölkənin adının Şimali Makedoniya Respublikası adı ilə dəyişdirilməsini nəzərdə tutan referendum keçiriləcək. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xidmətinin təmsilçisi Maya Kosyanoviç jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, vətəndaşlar referendumla bağlı düzgün məlumatlandırılmalı və xarici təsirlərdən, mənfi təbliğatdan qorunmalıdırlar. O qeyd edib ki, ölkənin adının dəyişdirilməsi Yunanıstanla uzun sürən münaqişəni həll edəcək və Makedoniyanın NATO-ya, digər Avropa təşkilatlarına daxil olması üçün yol açacaq.

Qeyd edək ki, son günlər bir çox Avropa siyasətçilərinin, o cümlədən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin, Almaniya və Avstriya kanslerlərinin, NATO-nun baş katibinin Makedoniyaya səfərləri baş tutub. Onlar Yunanıstanla Makedoniya arasında ölkənin adının Şimali Makedoniya Respublikası ilə dəyişdirilməsini nəzərdə tutan sazişi və bununla bağlı referendumu dəstəklədiklərini bildiriblər.

Azərtac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31