72 il öncə düşən təyyarənin qalıqları tapıldı

1946-cı ildə İsveçrədə Alp dağlarında qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin qalıqları tapılıb.

Ərazidə buzlaqların əriməsi səbəbindən qalıqlar ortaya çıxıb.

Əraziyə xüsusi heyət göndərilib və araşdırmalara start verilib.

Məlumata görə, həmin təyyarə 19 noyabrda Avstraliyadan qalxaraq İtaliyaya doğru hərəkət edərkən buzlaqlara çırpılıb. Aralarında 11 yaşlı qızın da olduğu təyyarədəki 12 nəfərin hamısı sağ qalıb. Onlar 6 gün ərzində -15 dərəcədə xilas edilməyi gözləyiblər.

İsveç ordusu radio siqnallarının köməyi ilə onların yerini müəyyənləşdirib və 12 nəfərin hamısı xilas edilib.

"Qafqazinfo"



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31