100 boşqab suşi yedi - Restorana girişi qadağan edildi
18 Sentyabr 2018 14:09 DünyaAlmaniyanın Landshut şəhərində suşi restoranlarından biri 100 boşqab yemək yeyən müştərisinin məkandan uzaqlaşdırılmasına qərar verib.
Yaroslav Bobrovski adlı müştəri "heç bitməyən yeməyi" üçün 16 avro pul ödəyirmiş. Ofisiantlar onun bəxşişlərini rədd edərək "bunun normal olmadığını" irəli sürüblər. Bobrovski isə restorana girişinin hansı səbəbdən qadağan edildiyini bilmədiyini deyib.
20 saat ac qaldıqdan sonra doyuncayadək yemək yeyən Yaroslav daimi müştəri olduğunu, ancaq 100 boşqab suşi yemədiyini söyləyib: "Onlar şişirdirlər. 80 boşqab yemişəm".
Ofisiantların Yaroslavın nə qədər suşi yediyini hesablamaq üçün masalardakı boşqabları belə yığışdırmadıqları deyilir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31