Suriya hərbçiləri Rusiya təyyarəsini səhvən vurublar
18 Sentyabr 2018 12:40 DünyaAralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub.
Bu barədə məlumat yayan ABŞ hökumətindəki mənbələrə görə, hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan təyyarədə 14 hərbçi olub.
İsrail Ordusu Suriyaya zərbə endirdiklərinə dair Rusiya tərəfinin bəyanatını şərh etməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31