"Putin Ərdoğanla razılaşdı, ancaq Əsədlə bağlı..." - Kreml
18 Sentyabr 2018 12:37 DünyaRusiya və Türkiyə arasında əldə edilən İdlib razılaşması ilə bağlı Suriya rəhbərliyi ilə aparılacaq danışıqların tarixi və formatını danışmaq üçün tezdir.
Bu sözləri Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov görüşlə bağlı hər hansı planın olmadığını söyləyib.
Qeyd edək ki, bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında İdliblə bağlı mühüm razılaşmalar əldə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31