İdlibdə humanitar dəhliz bağlandı
18 Sentyabr 2018 12:34 DünyaQanunsuz silahlı təşkilatlar vətəndaşların Əbu Duhur humanitar dəhlizi üzərindən İdlib zonasından çıxmalarına mane olmağa başlayıb.
Bunu Suriya İnsan Hüquqları Təşkilatının rəhbəri Əhməd Kazem bildirib.
"Əbu Duhurdan çıxmağı bacaran bir qrup vətəndaşla görüşdük. İdlib sakinləri humanitar dəhlizin açılmasına çox sevindi. İnsanlar Suriya hökumətinin nəzarətindəki əraziyə keçmək istəyir. Amma terrorçular dəhlizə yaxınlaşanları ölümlə təhdid edib", - Kazem söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31