Dehlidən ABŞ-a mesaj: "Moskvanı qurban verməyəcəyik"

Hindistan imkan verməyəcək ki, Moskva ilə təhlükəsizlik sahəsində qurduğu münasibətlər ABŞ sanksiyaları ucbatından dağılsın.

Bbunu jurnalistlərə açıqlamasında Hindistan Müdafiə naziri Nirmala Sitaraman deyib. O, Hindistanın digər dövlətlərlə münasibətlərdə öz suverenliyini qoruyub saxlayacağını bildirib.

Qeyd edək ki, Hindistan Rusiyadan S-400 zenit-raket sistemlərinin alışı ilə bağlı danışıqları başa çatdırmaq üzrədir. Dehli bundan öncə dəfələrlə ABŞ-ın bütün təzyiqlərinə rəğmən, Moskvadan bu sistemlərin alışını dayandırmayacağını bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31