"Koka-Kola"dan şok qərar: İçkilərə marixuana qatılır - Video
18 Sentyabr 2018 12:14 Dünya"Koka-Kola" şirkəti istehsal etdiyi qazlı içkilərə narkotik tərkibli marixuananın əlavə edilməsi ilə bağlı Kanada şirkəti "Aurora" ilə danışıqlara başlayıb.
Bu barədə "Röyter" məlumat yayıb. Bildirilir ki, "Koka Kola" şirkəti marixuananın trixidrokannabinol (TGK) tərkibinə deyil, qeyri-psixoaktiv əsası olan kannabidiolanın (CBD) istifadəsinə yönələcək.
Qeyd edək ki, bu bəyanatdan sonra "Aurora" səhmləri 17 faiz, "Koka-Kola"nın səhmləri isə kiçik həcmdə çoxalıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31