Suriyada sular durulur?

Artıq bu ölkədə bərpa prosesində hansı dövlətlərin iştirak məsələsi müzakirə edilir

Deyəsən Suriyada sular yavaş-yavaş durulmaqdadır. Maraqlısı odur ki, Yaxın Şərqin bu ölkəsində cərəyan edən son proseslər birbaşa Qərbin, Birləşmiş Ştatların maraqlarına zidd görünür. Hər halda Suriya məsələsində daha çox Rusiyanın sözünün keçməsi, ən son Soçidə keçirilən Putin-Ərdoğan görüşündə əldə edilən razılaşmalar belə deməyə əsas verir. Hazırda görünən mənzərə ondan ibarətdir ki, Bəşər Əsəd bu proseslərdən uduşlu çıxır. Bununla da Rusiyanın təşəbbüsü ilə başlanan və Suriya probleminin həllinə yönəlmiş Astana prosesi məntiqi sonluğuna çatmaqdadır.

İndi hətta Suriyada müharibədən sonrakı bərpa porsesi barədə düşünür və müzakirə aparırlar. Görünən odur ki, Suriyanın bərpa prosesində də məhz Rusiya və İran ön rollardan birini oynayacaq. Elə müstəqil ekspert Zeynal Əmralıyev də bu qənaətdədir. O, bildirib ki, Suriyada savaş artıq sona çatmaqdır: "Belə görünür ki, savaşın qalibi İran və Rusiyanın dəstəklədiyi Bəşər Əsəd olacaq. İndi ən vacib məsələ xarabalığa dönmüş Suriyanın bərpa məsələsidir. Bu məsələdə bir neçə dövlət maraqlı olsa da, İran xüsusi ilə fəallıq gösdərir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi sentyabrın 3-də Şama səfər edərək Suriya prezidenti Bəşər Əsəd, baş nazir İman Xamis və xarici işlər naziri Valid Muallimlə görüşərək Suriyanın yenidən bərpasında İranın özəl qurumlarının işdirakının mühüm olduğunu qeyd etdi. Qeyd edim ki,Tehran hökuməti bu ilin avqustun 18-də iqdisadiyyat və şəhərsalma nazirinin muavini Əmir Aminin rəhbərliyi altında geniş bir nümayəndə heyətini Dəməşqə göndərmişdi. Düzdür, səfər zamanı iranlıların nə qazanıb nə itirdikləri bilinmədi, ancaq avqusdun 31-də İranın Yol və Şəhərsalma üzrə Nazirliyinin beynalxalq əlaqələr şöbəsinin müdiri Teymur Bəşir Qonbadi İran-Suriya müqaviləsinin detallarını açıqladı. O, bildirdi ki, İran şirkətləri Suriyanın nəqliyyat infrastrukturunun yenidən qurulması və 300 min yaşayış evinin inşasını həyata keçirəcək. Həmçinin İraqdan keçməklə İran və Suriya arasında dəmiryolunun da çəklişi planlaşdırılır". Zeynal Əmralıyevin sözlərinə görə, bu dəmiryolunun çəkilməsində məqsəd isə Çinin BRI lahiyəsi çərçivəsində Aralıq dənizinə çıxışının təmin olumasıdır: "Məlum olduğu kimi sabiq Birləşmiş Ştatlar Prezidenti Barak Obama admistirasiyası İranla nüvə barəsində razılığa gəlmişdi. Ancaq Donald Tramp hakimiyyətə gəldikdən sonra İranla olan razılığa son verdi və İranı güclü iqdisadi sanksiyalara məruz qoydu. Suriyanın yenidən inşaasında İranın böyük ölçüdə işdirakı İranı iqdisadi böhrandan qoruyub saxlaya və ölkədə orta sahibkarlığı canladıra bilər. Digər tərəfdən İran Suriya silahlı qüvvələrinnin qurulmasındada üstünlüyü ələ almağa çalışır. Avqusdun 27-də 2 günlük rəsmi səfərlə Dəməşqə səfər edən İranın müdafiə naziri Əmir Hatəmi müdafiə tərafdaşlığı haqqında ikitərəfli saziş imzaladı. Bu sazişlə İran Suriya silahlı qüvvələri və hərbi sənayəsinin yenidən qurulmasında söz sahibi olacaq. Görənən odur ki, rəsmi Tehran Suriya ordusunu öz nəzarəti altına almaq isdəyir". Müstəqil ekspert onu da deyib ki,  İran nüvə sansksiyalarından qorunmaq üçün Suriyadakı bu siyasəti ilə bərabər Çinlədə əməkdaşlığa xüsusi önəm verir: "Həsən Ruhanin Çin siyasəti anlaşılan dini lider Əli Xamneyi tərəfindən də dəstək görür.Təkcə onu demək kifayətdir ki,Tehranı ziyarət edən Çin rəsmilər ali lider tərəfindən çox səmimi qarşılanır. İranın niyyəti Çinin Qərbə açılan yolu üzərində körpü rolunu oynamaq və bununla da Birləşmiş Ştatların iqdisadi təcridlənməsindən xilas olmaqdır.  İranın Suriyadakı bu fəallığı Rusiyanın xoşuna gəlməyəcəyi hər kəsə bəlli bir məsələdir. Güman ki, İslam Respublikasının rəhbərliyi Kremlin bu narahatlığını öncədən hesablayıb və Moskvanın ən adi bir hərəkətində ona qarşı Pekinlə birlikdə hərəkət edəcək. Zənnimcə, ortada başı ağrıyan Suriya prezidenti Bəşər Əsəd olacaq. Farsların ölkədə geniş qol-qanad açmasına şərait yaradan Əsədin rusların qəzəbinə tuş gələcəyi və cəzalandırılacağı gözlənilən bir hadisədir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31