Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə genişmiqyaslı hücuma keçib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bazar ertəsi üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücum başladıldığı bəyan edib.

Bunu ölkənin qərb sahilindəki alyans qüvvələrinin komandanı briqada generalı Əli ət-Tunəyçi WAM agentliyinə deyib.

"Koalisiya Yəmənin birləşmiş müqavimət qüvvələri ilə Hudeyda şəhərini azad etmək üçün husilərin nəzarətində olan mövqelərə qarşı bir neçə istiqamətdən genişmiqyaslı hücum əməliyyatı həyata keçirir. Hazırda bir neçə mühüm ərazi ələ keçirilib, üsyançıların Sənadan gələn təchizat yolu kəsilib", - deyə o bildirib.

"Sky News Arabia" telekanalının məlumatına görə, alyansın döyüş aviasiyası havadan quru qoşunlarına dəstək verir. Liman şəhərinin qərb sahilində partlayış və atışma səsləri eşidilir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31