İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində iki fələstinli ölüb
18 Sentyabr 2018 11:31 Dünyaİsrail aviasiyasının Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həlak olub.
Bu barədə çərşənbə axşamı "Sama News" portalı məlumat yayıb.
Bildirilir ki, pilotsuz uçan aparat anklavın cənub hissəsində yerləşən Xan Yunis şəhərindən şərqdə bir qrup gəncə raket atıb. Ölənlərin meyitləri çərşənbə axşamına keçən gecə dağıntılar altından çıxarılıb, daha bir ərəb isə ağır yaralanıb.
İsrail mətbuatının yazdığına görə, fələstinli gənclərə onlar təhlükəsizlik çəpərini keçərək partlayıcı qurğuya bənzər əşyanı quraşdırmaq istəyən zaman hücum edilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31