Gürcüstanın baş naziri və Trampın müşaviri bölgədəki vəziyyəti müzakirə edib
18 Sentyabr 2018 11:29 DünyaGürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ səfərinə prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşlə başlayıb.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər görüş zamanı bölgədəki vəziyyət, ölkə qarşısında duran çağırışlar və ikitərəfli strateji münasibətlər məsələlərini müzakiər ediblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31